Keçmiş UFC orta və yarım ağır çəkili çempionu Aleks Pereyra “UFC White House - Freedom 250” tədbirindən sonra məşhur hakim Herb Dini sərt tənqid edib.
İdman.biz-in məlumatına görə, braziliyalı döyüşçü UFC prezidenti Dana Uaytı fransız Siril Qana qarşı döyüşündə etdiyi hərəkətlərə görə hakimi kənarlaşdırmağa çağırıb.
Tədbriin əsas qarşılaşması olan döyüş Qanın ikinci raundda texniki nokautla qalib gəlməsi ilə başa çatıb. Bu qələbə ilə fransız müvəqqəti UFC ağır çəkili çempionluğunu qazanıb.
Döyüşdən sonra Pereyra hakimin performansından narazılığını bildirib və sosial mediada promouterin rəhbərinə müraciət edib.
“Dana, sən ona döyüşçülər təşkilatın imicinə xələl gətirəndə onlara davrandığın kimi dərs verməlisən”, - deyə braziliyalı yazıb.
UFC və Herb Din özü hələlik Pereyranın açıqlamasına münasibət bildirməyib.
Xatırladaq ki, Herb Din qarışıq döyüş sənətləri tarixində ən məşhur və hörmətli hakimlərdən biri hesab olunur və iyirmi ildən çoxdur ki, UFC döyüşlərini idarə edir.
