Keçmiş orta və yarımağır çəkidə UFC çempionu braziliyalı Aleks Pereyra fransız Siril Qana qarşı qərardan apelyasiya şikayəti vermək fikrindən imtina etdiyini və onunla yenidən döyüşmək niyyətində olduğunu bildirib.
İdman.Biz bildirir ki, onların döyüşü 15 iyunda “UFC White House - Freedom 250”də baş tutub və əsas qarşılaşma olub.
Döyüş Qanın ikinci raundda texniki nokautla qələbəsi ilə başa çatıb. Beləliklə, Qan 120 kq çəki kateqoriyasında müvəqqəti UFC çempionu olub.
Jurnalist Ariel Helvani sosial media səhifəsində Pereyranın dediyi sözləri sitat gətirir: “Apellyasiya şikayəti vermək mənasızdır. Əgər Siril çempiondursa, qoy o, belə də qalsın. Mən sadəcə revanş istəyirəm. Mən qaydalara uyğun olaraq ədalətli mübarizə aparmaq şansı istəyirəm. Meydana çıxıb insanlara hər şeyi göstərmək istəyirəm”.
