Kape doqquz illik revanşı nokautla aldı - VİDEO

21 İyun 2026 09:20
92
Kape doqquz illik revanşı nokautla aldı - VİDEO

“UFC Vegas 119” turnirinin əsas döyüşündə Manel Kape ilə Kyoji Horiguchi üz-üzə gəlib.

İdman.Biz xəbər verir ki, Las-Veqasdakı Meta Apex arenasında keçirilən qarşılaşmada Kape üçüncü raundda texniki nokautla qalib gəlib. Portuqaliya-Anqola əsilli döyüşçü rəqibini raundun 2:42-ci dəqiqəsində dayandırıb.

Döyüşün əvvəlində Horiguchi daha fəal təsir bağışlayıb və ilk iki raundda üstünlük qazanıb. Lakin üçüncü raundda Kape güclü zərbə ilə rəqibini sarsıdıb, ardınca yerə enən zərbələrlə hakim Herb Dinin döyüşü dayandırmasına səbəb olub.

Bu qələbə Kape üçün xüsusi məna daşıyır. O, 2017-ci ildə RIZIN turnirində Horiguchiyə boğucu fəndlə məğlub olub. Beləliklə, Kape doqquz il əvvəl aldığı məğlubiyyətin revanşını UFC-də nokautla alıb.

İdman.Biz
Məqalədə: