Keçmiş UFC yarımyüngül və yüngül çəki çempionu irlandiyalı Konor Makqreqor yeni müqaviləsindən narazı olduğunu bildirib.
İdman.Biz bildirir ki, Makqreqor 12 iyulda “UFC 329”da Maks Holloueylə döyüşəcək.
“Müəyyən mənada xoşbəxtəm. Hələ qarşıda çox şey var. Ümid edirəm ki, bu, UFC ilə müqavilə olacaq, işlər bizim üçün yaxşı olacaq və mənə daha çox hörmət göstəriləcək. Böyük şeylərə qadir olduğumu sübut edəcəyəm. Bir kompromis tapdıq və yaxşı bir razılaşma əldə etdik. Bu, mənim əsl dəyərimə uyğun gəlirmi? Yəqin ki, yox. Əvvəlcə mənə təklif etmək istədikləri ilə uyğun gəlirmi? Qətiyyən yox. Bir kompromis tapdıq. Mən dürüst insanam. UFC-ni sevirəm və davam etmək istərdim. Görək işlər necə gedəcək”, - deyə Makqreqor Sherdog-a bildirib.
