İlya Topuriya “UFC 250” turnirində Castin Qeyci ilə döyüşdən sonra xəstəxanaya yerləşdirilib.
İdman.Biz xəbər verir ki, bu barədə UFC prezidenti Dana Vayt mətbuat konfransında məlumat verib.
Ağ Evin ərazisində keçirilən gecənin əsas döyüşündə C. Qeyci dördüncü raunddan sonra texniki nokautla qələbə qazanıb. Topuriya komandası döyüşçünün aldığı ciddi zədələr səbəbindən onu son raunda çıxarmamaq qərarı verib.
Dana Uaytın sözlərinə görə, gürcü idmançının vəziyyəti narahatlıq doğurur.
“İliya xəstəxanadadır, vəziyyəti ağırdır. Mən həkim deyiləm, amma onun gözü sanki orbit sınığı alıbmış kimi görünür. Bu fakt deyil, sadəcə ehtimal edirəm”, – deyə UFC rəhbəri bildirib.
Uayt həmçinin Topuriyanın növbəti döyüşü barədə düşünmədiyini vurğulayıb.
“Mənim planım onun evdə dincəlməsi, bərpa olunması və fasilə verməsidir. Bu gün onun üçün ağır gecə oldu. Hazırda yalnız onun sağalmasına fokuslanıram”, – deyə o əlavə edib.
Qeyd edək ki, Qeyciyə məğlubiyyət İlya Topuriya üçün peşəkar karyerasında ilk məğlubiyyət olub.
