UFC-nin keçmiş çempionu Bonfim qarşısında aciz qaldı - VİDEO

7 İyun 2026 09:32
80
UFC-nin keçmiş çempionu Bonfim qarşısında aciz qaldı - VİDEO

Braziliyalı döyüşçü Qabriel Bonfim karyerasının ən səs-küylü qələbələrindən birini qazanaraq UFC Fight Night 278 turnirinin əsas döyüşündə UFC-nin keçmiş çempionu Belal Məhəmmədi inamla məğlub edib.

İdman.Biz xəbər verir ki, qarşılaşma 7 iyun gecəsi Los-Ancelesdəki “Apeks” arenasında baş tutub və yarımorta çəki dərəcəsi çərçivəsində keçirilib.

Döyüş beş raund davam edib. Yekunda hakimlər yekdil qərarla qələbəni braziliyalıya veriblər - 50:45, 50:45, 50:45.

28 yaşlı Bonfim üçün bu uğur peşəkar karyerasında 20-ci qələbə olub. Onun aktivində bir məğlubiyyət var. 37 yaşlı Məhəmməd isə ardıcıl üçüncü məğlubiyyətini alıb. Onun hesabında indi 24 qələbə və altı məğlubiyyət var.

Döyüşdən əvvəl amerikalı çempion titulunu itirdikdən sonra bu görüşün vacibliyini vurğulayırıb. Bonfim üçün isə bu qarşılaşma UFC-nin yarımorta çəki divizionunun aparıcı döyüşçüləri sırasında möhkəmlənmək imkanı kimi qiymətləndirilirdi.

İdman.Biz