Ağ Evdə UFC tədbirini təxirə sala biləcək səbəb açıqlanıb

9 Aprel 2026 08:14
369
Ağ Evdə UFC tədbirini təxirə sala biləcək səbəb açıqlanıb

UFC prezidenti Dana Uayt bildirib ki, yalnız ildırım çaxması onu Ağ Evdə UFC tədbirini ləğv etməyə məcbur edə bilər.

İdman.Biz bildirir ki, tədbir iyunun 14-də keçirilməlidir.

“Ağ Evdə UFC tədbiri zamanı qar yağsa belə, döyüşlərimiz yenə də olacaq. Həmin gecə şounu keçirməyimizə heç nə mane ola bilməz. Yağış yağa bilər, hər şey ola bilər... İldırım istisnadır. Səmada şimşək çaxması bizi dayandıra biləcək yeganə şeydir. Sadəcə, o keçənə qədər gözləyəcəyik və sonra qalan döyüşləri keçirəcəyik”, - Uayt deyib.

İdman.Biz