UFC çempionu, gürcüəsilli ispaniyalı idmançı İliya Topuriya rəqib seçimi ilə bağlı fikirlərini açıqlayıb.
İdman.Biz xəbər verir ki, döyüşçü fikirlərini “Marca” nəşri yayıb.
İliya Topuriya karyerasının bu mərhələsində rəqib seçimi ilə bağlı deyib:
“Əgər bu, mənim üçün heç bir məna kəsb etməyən bir rəqiblə yarış olarsa, böyük ehtimalla həmin yarışa qatılmayacağam. Amma əgər bu, məni həqiqətən motivasiya edən, həmçinin tamaşaçılarda maraq və ümid yaradan bir şəxs olarsa, o zaman bunu qəbul edərəm”.
Qeyd edək ki, İliya Topuriyanın 28 yaşı var. Gürcüstanlı döyüşçü 2020-ci ildən etibarən UFC-də çıxış edir. 2024-cü ildə o, yarım yüngül çəki dərəcəsində (65 kq-dək) çempion olub və daha sonra bir dəfə titulunu qoruyub. 2025-ci ildə isə yüngül çəki dərəcəsində (70 kq-dək) qızıl kəmər qazanıb.
