BƏƏ-ni təmsil edən 31 yaşlı məğlubedilməz UFC orta çəki çempionu (84 kq) Həmzət Çimayev MMA-da nə vaxt karyerasını bitirəcəyinə qərar verəcəyini izah edib.
İdman.Biz bildirir ki, Həmzət Çimayev Şimali Amerika liqası tarixində məğlubedilməz peşəkar çempion olan 16-cı döyüşçü olub.
“İndi dayanmaq üçün hələ tezdir. Son döyüşümdən əvvəl bəzi insanlar deyirdilər ki, bundan sonra təqaüdə çıxacağam və sair. Mənə gəlincə, hələ çox yolum var. Zövq almağı dayandırdığım zaman təqaüdə çıxacağam. Amma hazırda xoşbəxtəm”, - deyə “Bloody Elbow” Çimayevdən sitat gətirir.
Çeçen əsilli döyüşçünün rekorduna 15 qələbə daxildir, heç bir məğlubiyyəti yoxdur. Çimayev 2018-ci ildən bəri peşəkar yarışlarda iştirak edir.
