Moykanodan “UFC Fight Night 272”nin əsas döyüşündə amansız qələbə - VİDEO

5 Aprel 2026 09:33
364
Moykanodan “UFC Fight Night 272”nin əsas döyüşündə amansız qələbə - VİDEO

Las-Veqasda baş tutan “UFC Fight Night 272” turnirinin əsas hadisəsi Renato Moykano və Kris Dunkan arasındakı döyüş olub.

İdman.Biz xəbər verir ki, braziliyalı yüngülçəki şotlandiyalı idmançı üzərində vaxtından əvvəl qələbə qazanaraq iki məğlubiyyət seriyasına son qoymağı bacarıb. Qarşılaşma ikinci raundda başa çatıb.

Moykano rəqibini sol yan zərbəsi ilə nokdauna salıb, bundan sonra onun arxasına keçərək bir neçə dəfə boğma fəndinə cəhd edib. Yekunda braziliyalı boyun burma fəndinə keçərək Dunkanı təslim olmağa məcbur edib.

Beləliklə, Moykano gecənin əsas döyüşündə uğurlu çıxış edərək qələbə seriyasına qayıdıb.

İdman.Biz