Niderlandlı keçmiş UFC ağır çəki tituluna iddialı Alistar Overim Şimali Amerika ağır çəki divizionunun hazırda tənəzzüldə olduğuna əminliyini bildirib.
İdman.Biz bildirir ki, Overim UFC-də son döyüşünü 2021-ci il fevralın 7-də rusiyalı Aleksandr Volkova qarşı keçirib. Döyüş Volkovun hakimlərin qərarı ilə qələbəsi ilə bitib.
“Təəssüf ki, ağır çəki divizionunun tənəzzüldə olduğu heç kimə sirr deyil. Ən yaxşı döyüşçülər ən yaxşı olaraq qalsa da, işlər əvvəlki kimi həyəcanlı deyil. Əvvəllər böyük adlara malik 15-20 ağır çəkidə döyüşçü var idi, amma indi daha azdır.
Hazırda Yaponiyadan çox döyüşçü yoxdur, baxmayaraq ki, 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində onların sayı çox idi... Düşünürəm ki, bu, bir az dalğaların eniş-yoxuşuna bənzəyir. Bəzən çox olur, bəzən demək olar ki, heç biri olmur. Bəzən bazarlar doyur, bəzən isə boş olur", - deyə “Bloody Elbow” Overimdən sitat gətirir.
