UFC-nin yüngül çəkidə məğlubiyyətsiz çempionu İliya Topuriya boşanması ilə bağlı ilk dəfə açıqlama verib.
İdman.Biz xəbər verir ki, gürcüəsilli ispaniyalı döyüşçü şəxsi həyatındakı ayrılığı böyük məyusluq kimi dəyərləndirib.
Topuriya bildirib ki, heç kim ailəsini dağıtmaq istəməyib, xüsusilə də evdə balaca qızı uşağı böyüyürsə.
Ailə problemlərinə görə 29 yaşlı idmançı bir müddət karyerasında fasilə götürüb və titulunu müdafiə edə bilməyib.
Nəticədə müvəqqəti kəmər uğrunda Castin Qeyci ilə Paddi Pimblett üz-üzə gəlib və ABŞ-li döyüşçü qalib gəlib.
Qeyd edək ki, Qeyci ilə Topuriya arasında döyüşün ABŞ-da Ağ Evdə keçiriləcək turnirdə baş tutacağı gözlənilir.
