Mahaçev Topuriya ilə döyüşmək barədə: “Mən hazıram” - VİDEO

12 Fevral 2026 04:11
409
Mahaçev Topuriya ilə döyüşmək barədə: “Mən hazıram”

Yarımorta çəkidə UFC çempionu 34 yaşlı rusiyalı İslam Mahaçev, promouşenin yüngül çəkidə çempionu, ispan-gürcü idmançısı İliya Topuriya ilə qarşılaşmaqla bağlı sualı cavablandırıb.

İdman.Biz-in xəbərinə görə, Topuriyanın növbəti rəqibi yekdil qərarla Peddi Pimbletti məğlub edərək müvəqqəti yüngül çəki titulunu qazanan amerikalı Castin Qetji olmalıdır.

“Bu ideyanı bəyənirəm. Əgər UFC bunu istəyirsə və bilirəm ki, bir çox MMA azarkeşi bu döyüşü istəyirsə, mən hazıram”, - Mahaçev Telegraf-a bildirib.

İdman.Biz