UFC prezidenti Dana Uayt ABŞ-ın 250 illik yubileyi çərçivəsində Ağ evin Cənub çəmənliyində keçirilməsi planlaşdırılan turnirlə bağlı danışıb.
İdman.Biz xəbər verir ki, funksioner tədbirin bütün logistikasının hazır olduğunu bildirib.
“Biz sözün əsl mənasında Cənub çəmənliyində ağacların harada yerləşdiyini bilirik. Gün batana qədər günəşin harada olacağını dəqiq hesablamışıq. Bütün logistika hazırdır.
Düşünürük ki, bu, UFC tarixində ən çox izlənilən tədbir olacaq. Bu, idmanımızı onu heç vaxt görməyən çoxlu sayda insana açacaq. Mənim üçün, rəhbərlik üçün, əməkdaşlar, media və döyüşçülər üçün karyeramızdakı ən unikal, heyrətamiz gecə olacaq”, - deyə Uayt söyləyib.
Uayt həmçinin promouşn tarixinin ən güclü döyüş kartını toplamağa söz verib. Onun sözlərinə görə, iştirakçılar oktaqona gedərkən Ağ evin Oval kabinetindən keçəcəklər və bu axşam “xüsusi və təkrarsız” olacaq.
