İspan jurnalist Alvaro Kolmeneronun sözlərinə görə, İliya Topuriya 14 iyunda Ağ Evdə keçiriləcək tədbirdə Castin Qetji ilə döyüşəcək.
İdman.Biz bildirir ki, Topuriyanın keçmiş həyat yoldaşı daha əvvəl məhkəmə iddiasını geri götürüb və cütlük barışıq əldə edib. Topuriya fasilədən sonra məşqlərə qayıdıb.
O, 2025-ci ilin yayından bəri UFC-də iştirak etməyib. Həmin vaxt Topuriya Çarlz Oliveyranı məğlub edərək yüngül çəkidə çempion olub.
Qetji müvəqqəti yüngül çəki titulunu qazanmaq üçün UFC 324-də Peddi Pimbletti məğlub edib.
