Azərbaycanlı qarışıq döyüş növləri (MMA) üzrə idmançı Rafael Fiziyev UFC-nin yüngül çəki dərəcəsində ilk onluqdakı yerini itirib.
İdman.Biz xəbər verir ki, ABŞ-nin promouşn şirkəti UFC Avstraliyanın Sidney şəhərində keçirilən “UFC 325” turnirindən sonra döyüşçülərin yenilənmiş reytinq siyahısını açıqlayıb. Həmin turnirdə Rafael Fiziyev ikinci raundda braziliyalı Morisio Ruffiyə texniki nokautla məğlub olub.
Yenilənmiş reytinqə əsasən, Azərbaycan təmsilçisi iki pillə geriləyərək 11-ci yerə düşüb. Onun ilk onluqdakı yerini isə məhz Ruffi tutub və braziliyalı doqquzuncu pillədə qərarlaşıb.
Yüngül çəki dərəcəsində UFC çempionu statusunu İliya Topuriya qoruyur. Namizədlər siyahısında isə ilk pillədə müvəqqəti çempion Custin Geyci yer alır. Qeyd edək ki, UFC-də çempion reytinqdən kənarda saxlanılır və siyahı titul döyüşünə namizədlərin növbəsini əks etdirir.
Sidney turnirindən sonra UFC-nin yüngül çəki üzrə ilk onluq reytinqi aşağıdakı kimidir:
Castin Qetji (ABŞ)
Arman Tsarukyan (Ermənistan)
Çarlz Oliveyra (Braziliya)
Maks Hollouey (ABŞ)
Benua Sen-Deni (Fransa)
Peddi Pimblett (İngiltərə)
Mateuş Qamrot (Polşa)
Den Huker (Yeni Zelandiya)
Morisio Ruffi (Braziliya)
Renato Moykano (Braziliya)
