İliya Topuriya keçmiş həyat yoldaşı ilə məhkəmə mübahisəsini həll edib

5 Fevral 2026 20:49
98
İliya Topuriya keçmiş həyat yoldaşı ilə məhkəmə mübahisəsini həll edib

Yüngül çəkidə UFC çempionu İliya Topuriya keçmiş həyat yoldaşı Corcina Uzkategi Badell ilə hüquqi mübahisəsini həll edib.

İdman.Biz-in Marca-ya istinadən məlumatına görə, tərəflər razılığa gəliblər. Uzkategi idmançıya qarşı iddiasını geri götürüb.

Topuriyanın artıq növbəti döyüşü üçün məşqlərə başladığı bildirilir. Onun səkkizbucaqlıya qayıtmasının 14 iyunda UFC-nin Ağ Evdəki tədbirində baş tutacağı və orada müvəqqəti UFC çempionu Castin Qetji ilə qarşılaşacağı gözlənilir.

Daha əvvəl mediada Corcinanın Topuriyanı məişət zorakılığı, hücum və məişət zorakılığında ittiham etdiyi bildirilirdi. İliya bütün ittihamları rədd edib.

İdman.Biz