Konor Makqreqor UFC ilə müqaviləsinin qüvvədən düşdüyünü açıqlayıb

19 Yanvar 2026 19:06
179
Konor Makqreqor UFC ilə müqaviləsinin qüvvədən düşdüyünü açıqlayıb

Yarımyüngül və yüngül çəkilərdə keçmiş UFC çempionu Konor Makqreqor UFC ilə hazırkı müqaviləsinin artıq qüvvədə olmadığını açıqlayıb.

İdman.Biz bildirir ki, Konor 14 iyunda keçiriləcək UFC Ağ Ev tədbirində iştirak etməyi planlaşdırır.

“UFC Ağ Ev tədbirinə hazırlaşıram və fevral ayında liqa ilə danışıqlar aparacağam. Hazırkı müqaviləm faktiki olaraq qüvvədən düşüb, çünki PPV sistemi ((UFC-nin ESPN ilə tərəfdaşlığı dövründə mövcud olan ödənişli baxış sistemi) artıq mövcud deyil. Müqavilə isə o satışlara əsaslanırdı”, - Konor deyib.

İdman.Biz