Tofiq Musayev və İqnasio Bahamondes UFC-də qarşıdakı döyüş barədə danışdılar

9 Mart 2026 17:34
61
Tofiq Musayev və İqnasio Bahamondes UFC-də qarşıdakı döyüş barədə danışdılar

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev və çilili İqnasio Bahamondes UFC-də keçiriləcək qarşıdakı döyüşlə bağlı fikirlərini bölüşüblər.

İdman.Biz xəbər verir ki, rəqibin dəyişməsindən sonra Musayev sosial şəbəkədə qısa mesaj paylaşıb: “Rəqib dəyişdi, məqsəd yox”.

Bahamondes isə döyüşə qısa müddətdə razılaşdığını gizlətməyib. O, sosial şəbəkə hesabında “Qısa xəbərdarlıq? Mən buradayam” sözlərini yazaraq çağırışı qəbul etdiyini bildirib.

Əvvəlcə Musayevin aprelin 4-də Las-Veqasda Samuel Sançeslə qarşılaşması planlaşdırılırdı. Lakin rəqib zədə səbəbindən turnirdən çəkildikdən sonra UFC azərbaycanlı döyüşçü üçün yeni rəqib tapıb və onunla Bahamondes döyüşəcək.

Qeyd edək ki, çilili döyüşçü sonuncu dəfə 21 iyun 2025-ci ildə Bakıda keçirilən UFC turnirində oktaqona çıxmış və Rafael Fiziyevə hakimlərin yekdil qərarı ilə uduzmuşdu.

İdman.Biz