MMA döyüşçümüz Tbilisidə ilk raundda rəqibini boğucu fəndə salaraq qələbə qazanıb - FOTO

Xəbərlər
16 Dekabr 2023 12:28
280
MMA döyüşçümüz Tbilisidə ilk raundda rəqibini boğucu fəndə salaraq qələbə qazanıb - FOTO

Gürcüstanın paytaxtı Tbilisidə MMA üzrə növbəti beynəlxalq GFC turniri keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycanı yarışda Əliisgəndər Əliyev təmsil edib.

80 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz yerli Giorgi Tabatadze döyüşüb.

Əliyev görüşün taleyini elə ilk raundda həll edib. O, təcrübəli rəqibini boğucu fəndə salaraq, vaxtından əvvəl qələbə qazanıb.

Rüfət Abdullayev
İdman.biz