UFC-də bir neçə döyüşçüyə uduzmaq təklif olunub - İnsayder

Xəbərlər
4 Noyabr 2025 04:12
38
UFC-də bir neçə döyüşçüyə uduzmaq təklif olunub - İnsayder

UFC təşkilatındakı bir neçə döyüşçüyə liqada döyüşü uduzmaq təklif olunub.

İdman.Biz-in xəbərinə görə, bu barədə nüfuzlu Kanada-Amerika jurnalisti və insayderi Ariel Helvani bəyan edib.

“Bir neçə nəfər mənə dedi ki, insanlar onlara yaxınlaşıb “döyüşü uduzmaq istəyirsiniz?” deyə soruşublar. Bu, UFC üçün ciddi problemdir. Son zamanlar şübhəli hakimlik nəzərə alınmaqla, bu barədə düşünməmək olmur”, - Helvani sosial mediada bildirib.

Daha əvvəl 56 yaşlı amerikalı iş adamı Dana Uayt UFC prezidenti vəzifəsindən istefa vermək və tezliklə təqaüdə çıxmaq planının olmadığını demişdi.

İdman.Biz