Orta çəki dərəcəsində (77 kq) UFC reytinqində altıncı nömrə olan, irlandiyalı Yan Qarri keçmiş çempion Belal Məhəmmədlə “UFC Fight Night 264”də keçiriləcək döyüşü barədə danışıb.
İdman.Biz bildirir ki, qarşılaşma noyabrın 22-də Qətərin paytaxtı Dohada olacaq.
“Mən Belal Məhəmmədi gəbərdəcəyəm. Bu döyüşdə mənim əsas məqsədim budur. Mən oraya çıxmaq və planetin ən güclü yarımortaçəkilisi olduğumu barədə danılmaz faktı təsdiq etmək istəyirəm.
Bu kəməri kimin qazanması, Cek Della Maddalena və ya İslam Mahaçev, mənim üçün əhəmiyyətli deyil. Sonda, onların hər ikisi ilə döyüşəcəyəm... Onların başlarını deşəcəyəm, çünki bu planetdə heç kim bu kəməri götürməyimə mane ola bilməz.
Mən bütün UFC fanatlarına demişəm. Mən gələcəyəm, mən qaçılmazam və bunu sübut etməyə yaxınam”, - Harri jurnalist Ariel Helvaninin YouTube kanalındakı şousunda deyib.