Azərbaycan karateçiləri Moldovadakı beynəlxalq turnirdə - FOTO

Xəbərlər
15 İyun 2025 17:30
75
Azərbaycan karateçiləri Moldovadakı beynəlxalq turnirdə - FOTO

Moldovanın paytaxtı Kişineu şəhərində keçirilmiş “Chisinau Karate Open Grand Prix” beynəlxalq turnirində Azərbaycan karateçiləri uğurla çıxış ediblər.

İdman.biz xəbər verir ki, yarışda Elnur Qasımzadə (67 kq) birinci, Hikmət Ağayev 60 (kq) və Əliəkbər Əlizadə (75 kq) ikinci yeri tutublar.

Osmanov Şaiq (75 kq), Sahibli Sahib (84 kq) və Hüseynli Elmin (84 kq) isə turnirin bürünc mükafatına sahib çıxıblar.

İdman.biz