Azərbaycan parakarateçi Budapeştdə keçirilən parakarate üzrə dünya çempionatında qızıl medal qazanıb.
İdman.biz xəbər verir ki, Emiliya Mitlinova finalda Çexiya karateçisini məğlub edib.
Fəxri kürsünün ən yüksək pilləsində yer alan Azərbaycan idmançısı karyerasında ilk böyük uğuruna imza atıb. Mitlinova arzusunu da dilə gətirib: “Bu qələbə üçün uzun illər idi hazırlaşırdım. İlk dünya çempionatı istədiyim kimi alınmamışdı, üçüncü yerə çıxmışdım. O vaxt qarşıma məqsəd qoydum ki, çempion olub, qızıl medal qazanacam. İstəyimə çatdım və fəxri kürsünün ən yüksək pilləsində yer alıdım. Karate Olimpiya Oyunlarına salınsa, növbəti hədəfim paralimpiadanın qızıl medalı olacaq. Hələlik, bu, mənim ən böyük uğurumdur”.
İdman.biz