Tural Ağalarzadə: “Dünya çempionatına medallar qazanmağa hazırıq”

Xəbərlər
19 Oktyabr 2023 12:38
97
Tural Ağalarzadə: “Dünya çempionatına medallar qazanmağa hazırıq”

“Hazırlıqlar yaxşı gedir, çempionatda yaxşı nəticə göstərməyə və medallar qazanmağa hazırıq”.

Bunu İdman.biz saytına Avropa Oyunlarının qalibi Tural Ağalarzadə (67 kq) Budapeştdə keçiriləcək karate üzrə dünya çempionatına hazırlıq barədə danışarkən deyib.

O, çətin hazırlıq dönəmindən keçdiklərini bildirib: “Hazırlıq dövründə bəzi zədələr oldu, amma bu, performansa mane olmamalıdır. Yarışın başlamasını səbirsizliklə gözləyirəm”.

Qeyd edək ki, oktyabrın 24-də start götürəcək sayca 26-cı dünya çempionatı oktyabrın 29-da başa çatacaq.

İdman.biz