İdman.biz xəbər verir ki, Belarusda keçirilən II MDB Oyunlarında karate (kumite) üzrə yarışlarda idmançılarımızdan Murad Hacızadə (+84 kq) gümüş, Osman Osmanlı (+84 kq) və Hüseyn Hüseynzadə (84 kq) bürünc medal qazanıblar.
Qeyd edək ki, II MDB Oyunları avqustun 4-dən 14-dək Belarusun 11 şəhərində gerçəkləşir. İdmançılar 20 növdə mübarizə aparır. I MDB Oyunları 2021-ci ildə Rusiyanın Kazan şəhərində keçirilib. Azərbaycan 2025-ci ildəki III MDB Oyunlarına ev sahibliyi edəcək.
Rüfət Abdullayev
Minsk