İrina Zaretska dünya reytinqində yerini qoruyub

Xəbərlər
26 Oktyabr 2025 17:35
31
İrina Zaretska dünya reytinqində yerini qoruyub

Azərbaycan qadın karate yığmasının lideri, üçqat dünya çempionu İrina Zaretska (68 kq) dünya reytinqində ikinci pillədə qalmaqdadır.

İdman.Biz-in məlumatına görə, 29 yaşlı idmançının aktivində 5415 xal var və o, hələ də birincilik uğrunda əsas namizədlərdən sayılır.

Digər azərbaycanlı karateçilər arasında hələlik “top-10”da yer alan yoxdur. Ən yaxşı nəticə 2165 xalla 15-ci pillədə qərarlaşan Nuran Rzazadəyə məxsusdur.

İdman.Biz