III MDB Oyunlarında Azərbaycan karateçiləri yarışlara çıxır

Xəbərlər
2 Oktyabr 2025 17:13
82
III MDB Oyunlarında Azərbaycan karateçiləri yarışlara çıxır

Azərbaycan karateçiləri oktyabrın 3-də III MDB Oyunlarında start götürəcək yarışlara qatılacaq.

İdman.biz xəbər verir ki, kişilərin kata kateqoriyasında Roman Heydərov (A) və Rövşən Əliyev (B), qadınların kata kateqoriyasında isə Ramilə Heydərova (A) və Samirə Məmmədova (B) ölkəmizi təmsil edəcək.

Kumite yarışlarında kişilər 60 kq çəki dərəcəsində Fərid Savadov (A) və Fariz Şahbazov (B), 67 kq çəki dərəcəsində isə Nuran Rzazadə (A) və Aslan Dostuyev (B) mübarizə aparacaq.

Qadınlardan isə kumite yarışlarında 50 kq çəki dərəcəsində Fatimə Cəbrayılova (A) və İnci Əzizova (B), 55 kq çəki dərəcəsində isə Mədinə Sadıqova (A) və Nəzrin Piriyeva (B) medal uğrunda mübarizə aparacaqlar.

İdman.biz