Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb

Xəbərlər
1 Sentyabr 2025 09:23
53
Azərbaycan idmançılarının reytinq cədvəli açıqlanıb

Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə Azərbaycan idmançılarının reytinq cədvəlini açıqlayıb.

İdman.biz xəbər verir ki, sentyabr ayı üçün açıqlanan siyahının ilk “üçlüy”ündə dəyişiklik olmayıb.

Cədvələ yenə cüdoçu Zelim Tçkayev başçılıq edir. Onun hesabında 330 xal var.

İkinci yerdə Zelim Kotsoyev (cüdo, 320 xal) olduğu halda, “üçlüy”ü Elcan Hacıyev (cüdo, 310 xal) qapayır.

Qeyd edək ki, reytinq cədvəli hər ayın əvvəlində nəticələrə uyğun olaraq yenilənir.

İdman.biz