Qazaxıstanın Aktau şəhərində start götürən cüdo üzrə Asiya Açıq Turnirinin ilk günü Azərbaycan idmançıları üçün uğurlu olub.
İdman.Biz xəbər verir ki, təmsilçilərimiz dörd gümüş və dörd bürünc olmaqla ümumilikdə səkkiz medal qazanıblar.
Nazir Talıbov (66 kq), Kamran Süleymanov (73 kq), Fəridə Mirzəyeva (52 kq) və Ülviyyə Bayramova (57 kq) finaladək irəliləyərək gümüş medala sahib olublar.
Rəşad Yelkiyev (66 kq), Nəriman Mirzəyev və Rüfət Şövlətov (hər ikisi 73 kq), həmçinin Gülnarə Bayramova (57 kq) bürünc medal əldə ediblər.
Qeyd edək ki, iki gün davam edən Asiya Açıq Turnirində yeddi ölkədən 182 cüdoçu mübarizə aparır.
