Naxçıvanda 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə muxtar respublika birinciliyi keçirilib.
İdman.Biz xəbər verir ki, İlham Əliyev adına Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 96 idmançı iştirak edib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə baş tutan birincilikdə oğlanlar və qızlar müxtəlif çəki dərəcələrində mübarizə aparıblar.
Oğlanların yarışında Ayaz Əliyev (42 kq), Pərvin İsmayılov (46 kq), Davud Məmmədzadə (50 kq), Kamil Məmmədov (55 kq), Yusif Əsədli (60 kq), Nihad Qəribov (66 kq), İsmayıl Şükürlü (73 kq), Ramin İbrahimli (81 kq) və Murad Xasıyev (+81 kq) qalib olublar. Mütləq çəki dərəcəsində isə Elvin Cəfərli birinci yeri tutub.
Qızlar arasında Aylin Əlizadə (28 kq), Zəhra Allahverdiyeva (32 kq), Ləman Bağırova (40 kq), Nuray Kərimova (52 kq) və Yasəmən Əliyeva (57 kq) qızıl medal qazanıblar.
