Bakıda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək

16 Oktyabr 2026 16:11
100
Bakıda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək

Oktyabrın 23-də Bakıda cüdo üzrə kəmər dərəcələri imtahanı təşkil olunacaq.

İdman.Biz xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə keçiriləcək imtahan Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq.

İmtahanda 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hər kəs iştirak edə bilər. Kəmər seçimi namizədlərin yaşına uyğun aparılacaq.

İmtahanı uğurla keçən iştirakçılara ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək. İmtahanda iştirak ödənişlidir. Qeydiyyatdan keçmək istəyənlər təmsil etdikləri idman təşkilatı vasitəsilə və ya birbaşa ACF-ə müraciət edə bilərlər.

İdman.Biz