Yaponiyada “Böyük Dəbilqə”yə yollanacaq cüdoçularımız bəlli olub

Xəbərlər
29 Noyabr 2023 10:32
115
Yaponiyada “Böyük Dəbilqə”yə yollanacaq cüdoçularımız bəlli olub

Dekabrın 2-də Yaponiyanın paytaxtı Tokioda cüdo üzrə mövsümün son “Böyük Dəbilqə”si start götürəcək.

İdman.biz xəbər verir ki, 2 gün davam edən yarışda Azərbaycan 8 çəki dərəsində 14 cüdoçu ilə təmsil olunacaq.

Məşqçilər korpusu Tokioda Balabəy Ağayev, Nizami İmranov (hər ikisi 60 kq), Yaşar Nəcəfov, Kamran Süleymanov (hər ikisi 66 kq), Hidayət Heydərov, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Səid Mollai, Zelim Çkayev (hər ikisi 81 kq), Murad Fətiyev, Vüqar Talıbov (hər ikisi 90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kakauri, Ramazan Əhmədov (hər ikisi +100 kq) və Acelya Topraka (57 kq) şans verəcək.

Komandamız artıq 3 həftədir Tokioda təlim-məşq toplanışındadır.

Qeyd edək ki, “Böyük Dəbilqə”də 88 ölkədən 536 (319 kişi, 217 qadın) cüdoçunun iştirakı gözlənilir.

İdman.biz