Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən veteran cüdoçular arasında dünya çempionatında Azərbaycan milli komandası 7 medal qazanıb.
İdman.Biz xəbər verir ki, M1 yaş kateqoriyasında -100 kq çəkidə mübarizə aparan Məmmədəli Mehdiyev dünya çempionu olub. Əbülfət İsmayılov (-60 kq), Mahir Abbasov (-81 kq) və Coşqun Abdullayev (-90 kq) isə bürünc medal qazanıblar.
Yarışın növbəti günündə daha 3 cüdoçumuz fəxri kürsüyə yüksəlib. M3 yaş kateqoriyasında Şıxrəcəb Şıxmuradov və Əhməd Məmmədov (hər ikisi -73 kq), M4 yaş kateqoriyasında isə Anar Ağayev (-90 kq) mundialı bürünc medalla başa vurublar.
Beləliklə, Azərbaycan cüdoçuları turnirdə 7 medal əldə ediblər: 1 qızıl və 6 bürünc.
Qeyd edək ki, veteranlar arasında dünya çempionatı sentyabrın 24-dək davam edəcək. Yarışda 65 ölkədən 1350 cüdoçu iştirak edir.
