26–27 sentyabr tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda kata üzrə dünya çempionatı keçiriləcək.
İdman.Biz xəbər verir ki, yarışda ölkəmizi yeniyetmələr və gənclər arasında ölkə birinciliyinin qalibi olan 4 cüdoçu təmsil edəcək. Onlar “nage-no-kata” üzrə mübarizə aparacaqlar.
Heyəti təqdim edirik:
Yeniyetmələr
Sadiq Abdullayev (tori)
Rəcəb Əkbərov (uke)
Gənclər
Famil Əsədov (tori)
Yusif Əhmədov (uke)
Dünya çempionatına 35 ölkədən 462 cüdoçu qatılacaq.
