Cüdoçumuz İspaniya Kubokunda bürünc medal qazanıb

18 Avqust 2025 12:54
217
Cüdoçumuz İspaniya Kubokunda bürünc medal qazanıb

İspaniyanın Valensiya şəhərində cüdo üzrə böyüklər arasında İspaniya Kuboku keçirilib.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin cüdoçusu Könül Əliyeva fərdi yarışda fəxri kürsüyə qalxıb.

48 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz bürünc medal qazanıb.

Qeyd edək ki, beynəlxalq turnirdə 35-dən çox ölkədən 300-dən artıq idmançı mübarizə aparıb.

İdman.biz