Məşhur rusiyalı cüdoçu yarışlardan kənarlaşdırılıb

30 Sentyabr 2026 15:36
89
Məşhur rusiyalı cüdoçu yarışlardan kənarlaşdırılıb

Beynəlxalq Dopinq-Test Agentliyi rusiyalı cüdoçu Matvey Kanikovskinin yarışlarda iştirakını müvəqqəti dayandırıb.

İdman.Biz xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Dopinq-Test Agentliyinin saytında dərc edilib.

24 yaşlı idmançıdan martın 15-də götürülmüş nümunədə qadağan olunmuş maddə aşkarlanıb.

Matvey Kanikovski məhz bu səbəbdən 16-19 apreldə Tbilisidə keçirilən Avropa Çempionatını buraxmışdı. Eyni zamanda, onun adı 4-11 oktyabr tarixlərində Bakıda keçiriləcək cüdo üzrə Dünya çempionatı üçün Rusiya milli komandasının siyahısına daxil edilməmişdi.

Məlumar üçün əlavə edək ki, 100 kq çəki dərəcəsində çıxış edən Matvey Kanikovski 2025-ci ildə dünya, 2024-cü ildə Avropa çempionatında qızıl medal qazanıb.

İdman.Biz
Məqalədə: