Gürcüstanın paytaxtı Tbilisidə keçirilən paracüdo üzrə dünya çempionatında Azərbaycan təmsilçisi Saleh Sultanov 1/4 finala yüksəlib.
İdman.Biz xəbər verir ki, J1 kateqoriyasında 81 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 finalda çinli Li Jiangcheni, 1/8 finalda isə yaponiyalı Kato Yujini məğlub edib.
Beləliklə, Sultanov mundialda medal uğrunda mübarizəni davam etdirir.
Qeyd edək ki, paracüdo üzrə dünya çempionatı sentyabrın 27-də başa çatacaq.
