Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin atletləri Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Xüsusi Olimpiya Açıq Cüdo Turnirində beş medal qazanıblar.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Xüsusi Olimpiya Komitəsi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan komandası yarışı bir qızıl, iki gümüş və iki bürünc medalla başa vurub.
Turnirdə Kamran Quliyev G-10 divizionunda birinci, Sadiq Nəzirov G-2 divizionunda ikinci, Yusif Nəsirli isə G-7 divizionunda üçüncü yeri tutublar.
Adilə Niftəliyeva G-24 divizionunda üçüncü, kata üzrə mübarizədə isə ikinci pillədə qərarlaşıb.
