İlham Zəkiyev dünya çempionatında səkkizinci dəfə tatamiyə çıxacaq

25 Sentyabr 2026 18:46
86
İlham Zəkiyev dünya çempionatında səkkizinci dəfə tatamiyə çıxacaq

Üç qat dünya çempionu paracüdoçumuz İlham Zəkiyev sabah Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək dünya çempionatında tatamiyə çıxacaq.

İdman.Biz xəbər verir ki, təcrübəli idmançı dünya çempionatında səkkizinci dəfə mübarizə aparacaq.

Xatırladaq ki, İlham Zəkiyev üçqat Paralimpiya çempionu, 10 qat Avropa çempionu və 2015-ci il Avropa Oyunlarının qalibidir. O, Azərbaycanın Əməkdar İdman Ustası, Əməkdar məşqçi və 7-ci dan sahibidir. Zəkiyev həmçinin Birinci Qarabağ müharibəsinin iştirakçısıdır.

İdman.Biz