Azərbaycanın qadın cüdo millisində yeni legioner yer alacaq.
Cüdo Federasiyasından İdman.Biz-ə verilən məlumata görə, ukraynaəsilli 19 yaşlı Hanna Zaytseva Azərbaycan yığmasına cəlb olunub.
63 kq çəki dərəcəsində mübarizə aparan cüdoçu qarşıdakı günlərdə Bakıda keçiriləcək dünya çempionatında millimizin heyətində çıxış edəcək.
Zaytseva 2024-cü ildə Kadetlər arasında dünya çempionatında gümüş medal qazanıb. O, həmçinin 2026-cı ildə Gənclər arasında Avropa Kubokunda, 2023-cü və 2022-ci illərdə isə Kadetlər arasında Avropa Kuboklarında qızıl medal əldə edib.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-dən 11-dək Milli Gimnastika Arenasında keçiriləcək.
