Fidan Əlizadə Universiadanı buraxmaq məcburiyyətində qalıb

Xəbərlər
21 İyul 2025 17:34
57
Fidan Əlizadə Universiadanı buraxmaq məcburiyyətində qalıb

Cüdo üzrə Azərbaycan yığması Almaniyanın Reyn-Rur bölgəsində keçirilən Ümumdünya Yay Universiadasında çıxışa başlamamışdan əvvəl itki ilə üzləşib.

İdman.biz-in Almaniyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, U-23 Avropa çempionu Fidan Əlizadə (57 kq) yarışda iştirak edə bilməyəcək.

Son anda zədə alan cüdoçumuz Universiadanı buraxmaq məcburiyyətində qalacaq.

Komandamızın heyətində Babarəhim Mirzəyev (60 kq), Nazir Talıbov (66 kq), Nəriman Mirzoyev (73 kq), Mehdi Abbasov (81 kq), Elcan Hacıyev (90 kq), Davud Namazlı (100 kq), Ramazan Əhmədov (+100 kq), Könül Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq), Aytac Qardaşxanlı (70 kq), Nərmin Əmirli (78 kq) və Nigar Süleymanova (+78 kq) yer alıblar.

Qeyd edək ki, cüdoçularımızın qarşılaşmaları iyulun 23-də başlayacaq.

Zəki Fezyullayev
İdman.biz