ACF Kubokunda iştirakçı sayı açıqlanıb

Xəbərlər
15 İyul 2025 16:31
47
ACF Kubokunda iştirakçı sayı açıqlanıb

İyulun 19-da Azərbaycanın 14 yaşadək yeniyetmə cüdoçuları arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək.

Azərbaycan Cüdo Federasiyasından İdman.biz-ə verilən məlumata görə, yarışda 27 klub və idman cəmiyyətindən 161 idmançısı (137 oğlan, 24 qız) mübarizə aparacaq.

Onlar 15 çəki dərəcəsində medallar uğrunda yarışacaqlar.

Qeyd edək ki, turnir Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində baş tutacaq.

İdman.biz

Məqalədə: