Avropa Kubokunda 9 cüdoçumuz yarışacaq

Xəbərlər
29 May 2025 19:48
85
Avropa Kubokunda 9 cüdoçumuz yarışacaq

Mayın 31-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə böyüklər arasında Avropa Kuboku start götürəcək.

İdman.biz xəbər verir ki, turnirdə ölkəmizi qadınlardan ibarət Azərbaycan yığması təmsil edəcək.

Baş məşqçisi Amina Abdellatifin rəhbərliyi altında 6 çəki dərəcəsində 8 cüdoçu çempiontanda qüvvəsini sınayacaq.

Qeyd edək ki, iyunun 1-dək davam edəcək və Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutacaq yarışa 29 ölkədən 320 idmançı (212 kişi, 108 qadın) qatılacaq.

Qadınlar
48 kq

Leyla Əliyeva
Könül Əliyeva

52 kq
Gültac Məmmədəliyeva

57 kq
Ülviyyə Bayramova

63 kq
Nərgiz Hacıyeva

70 kq
Günel Həsənli
Aytac Qardaşxanlı

78 kq
Nərmin Əmirli

İdman.biz