EJU: "Fərhad Rəcəbli hər zaman Azərbaycan bayrağını qürurla daşıyır"

Xəbərlər
22 May 2025 13:05
34
EJU: "Fərhad Rəcəbli hər zaman Azərbaycan bayrağını qürurla daşıyır"

Bu gün Latviyanın paytaxtı Riqada veteranlar arasında cüdo üzrə Avropa çempionatı start götürür.

İdman.biz xəbər verir ki, yarışda təxminən 900 idmançı iştirak edəcək və onların arasında azərbaycanlılar da var.

Avropa Cüdo İttifaqı (EJU) Riqadakı yarış ərəfəsində Azərbaycanın tanınmış veteran cüdoçusu, veteranlar arasında 10 qat Avropa və 12 qat dünya çempionu Fərhad Rəcəblinin (90 kq) çıxışına xüsusi diqqət ayırıb. Tanınmış idmançı növbəti titul uğrunda mübarizə aparacaq.

EJU həmyerlimizi bir cümlə ilə belə təqdim edib: “Fərhad Rəcəbli hər zaman komanda yoldaşları arasında Azərbaycan bayrağını qürurla daşıyır”.

İdman.biz