Hakimlər üçün nəzəri və praktiki seminar təşkil olunub - FOTO

Xəbərlər
14 May 2025 20:37
31
Hakimlər üçün nəzəri və praktiki seminar təşkil olunub - FOTO

Mayın 14-də Azərbaycan Cüdo Federasiyasının (ACF) Hakimlər Komitəsinin təşkilatçılığı ilə cüdo üzrə Milli Komandaların Təlim-Məşq Mərkəzində hakimlər üçün nəzəri və praktiki seminar təşkil olunub.

İdman.biz xəbər verir ki, təlimdə bu ildən Beynəlxalq Cüdo Federasiyası tərəfindən tətbiq edilmiş yeni qaydalar nəzərdən keçirilib.

Seminarda mayın 17-də keçiriləcək U-20 gənclər arasında ne-vaza üzrə ACF Kubokuna hakimlərin son hazırlıq səviyyəsi yoxlanılıb. İştirakçılara praktiki tapşırıqlar təqdim olunub, yaranan suallar ətraflı şəkildə cavablandırılıb. Həmçinin son yarışlardan seçilmiş kadrlar izlənilərək müzakirə edilib.

ACF prezidentinin müşaviri Natiq Bağırov və ACF-in hakimlər üzrə meneceri, “A” kateqoriyalı beynəlxalq dərəcəli hakim Mətin Rəhimlinin rəhbərliyi ilə keçirilən seminar hakimlərin bilik və bacarıqlarının möhkəmləndirilməsi, həmçinin qarşıdakı yarışlarda peşəkar çıxış üçün əlavə hazırlıq məqsədi daşıyıb.

Qeyd edək ki, seminarda hakimlərin əsas heyəti ilə yanaşı, ACF tərəfindən seçilərək təlimlərə cəlb olunmuş hakimliyə namizədlər də iştirak ediblər.

İdman.biz