Cüdoçularımız Avropa Kubokunu 4 medalla başa vurub - FOTO

Xəbərlər
13 Noyabr 2023 11:07
208
Cüdoçularımız Avropa Kubokunu 4 medalla başa vurub - FOTO

Azərbaycan cüdoçuları Macarıstanın Dyor şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirini 2 gümüş və 2 bürünc medulla başa vurub.

İdman.biz xəbər verir ki, cüdoçularımız yarışda medal əyarına görə ümumi hesabda 11-ci, oğlanlar arasında isə 6-cı yeri tutub.

İki gün davam edən yarışda Azərbaycan oğlanlar arasında 7 çəki dərəsində 32 cüdoçu ilə təmsil olunub. Cüdoçularımız turnirin ilk günündə 2 gümüş medal əldə edib.

Turnirin ikinci günündə oğlanlar arasında 11 cüdoçumuz tatamiyə çıxıb. Əhməd Mehdiyev (73 kq) və Əli Qazıməmmədov (81 kq) bürünc medal qazanıblar.

İdman.biz