Ne-vaza üzrə ACF Kuboku keçiriləcək

Xəbərlər
14 May 2025 12:27
43
Ne-vaza üzrə ACF Kuboku keçiriləcək

Mayın 17-də U-20 gənclər arasında ne-vaza üzrə ACF Kuboku keçiriləcək.

İdman.biz xəbər verir ki, yarışa 34 klub və idman cəmiyyətindən 152 cüdoçu (128 oğlan, 24 qız) qatılacaq.

Abşeron Olimpiya İdman Kompleksində baş tutacaq turnirdə iştirakçılar ümumilikdə 12 çəkidə medallar uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, cüdoda ne-vaza bacarıqları idmançılara görüşlər zamanı yer (parter) texnikalarını inkişaf etdirmək və təkmilləşdirmək imkanı verir. Bu bacarıqlar həm fəndlərdən yayınmaq, həm də rəqibi effektiv şəkildə məğlub etmək üçün vacib strategiyaların formalaşmasında mühüm rol oynayır.

İdman.biz