Qubada cüdo üzrə Avropa kubokuna bu gün yekun vurulacaq

Xəbərlər
4 May 2025 09:20
191
Qubada cüdo üzrə Avropa kubokuna bu gün yekun vurulacaq

Bu gün Qubada yeniyetmə cüdoçular arasında Avropa Kubokuna yekun vurulacaq.

İdman.biz xəbər verir ki, yarışın ikinci günündə oğlanlar (73, 81, 90 və +90 kq) və qızlar (57, 63, 70 və +70 kq) arasında 4 çəkidə qaliblər bəlli olacaq.

Azərbaycan cüdoçuları da yarışda mübarizəyə qoşulacaqlar. Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq), Kənan Nəsibov və Camal Qamzatxanov (hər ikisi +100 kq) 1/16 finalda tatami üzərinə çıxacaq.

Qeyd edək ki, təmsilçilərimiz ötən gün 12 medal qazanıblar. Yarışda ölkəmizi ümumilikdə 141 idmançı (100 oğlan, 41 qız) təmsil edir.

İdman.biz