Yığmamız Avropa Kubokunun ilk günündə 12 medal qazanıb - FOTO

Xəbərlər
3 May 2025 20:39
161
Yığmamız Avropa Kubokunun ilk günündə 12 medal qazanıb - FOTO

Qubada keçirilən Avropa Kubokunun ilk günü Azərbaycanın yeniyetmə cüdoçuları üçün uğurlu olub.

İdman.biz xəbər verir ki, 8 çəki dərəcəsində yarışan idmançılarımızdan 12-i fəxri kürsüdə yer alıblar.

Oğlanların yarışında Anar Quliyev (50 kq) və Zeyd Ələsgərov (60 kq) qızıl medala sahib olub. Yalnız finalda uduzan Rəsul Əlizadə (55 kq) və Fəxri Sahibzadə (66 kq) isə gümüşlə kifayətləniblər. İrahim Talıbov, Rza Xəlilli (hər ikisi 50 kq), Royal Qayıbov (60 kq) və Hüseyn Hüseynov (66 kq) isə bürüncə sahib olublar.

Qızların mübarizəsində yığmamız aktivinə bir qızıl meda yazdırıb. 48 kq çəki dərəcəsində Nuranə Hacızadə və Leyla Ələkbərova qarşılaşıb. Qələbə qazanan Nuranə fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Xədicə Abdullayeva (44 kq) və Aysun Məmmədova (52 kq) bürünc medala sahib çıxıb.

Qeyd edək ki, sabah daha 8 çəkidə qaliblər bəlli olacaq.

İdman.biz